“Oragir.News” portalının yaydığı məlumata görə, səhər tezdən Ermənistanın Gümrü şəhərində genişmiqyaslı axtarışlar və saxlanılmalar dalğası başlayıb.
Tribuna.az Bizim.Media-ya istinadən xəbər verir ki, səhər saat 05:00-dan etibarən “Ermənistan” (Hayastan) blokunun qərargahında axtarışlara start verilib və deputatlığa namizəd Hasmik Sahradyan saxlanılıb.
Saytın əldə etdiyi digər məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) səhər tezdən hüquq müdafiəçisi Karapet Poqosyanın mənzilində də axtarış aparır.
Bununla yanaşı, analoji əməliyyatların “Güclü Ermənistan” blokunun qərargahlarında da keçirildiyi bildirilir.
Ərazidə digər saxlanılan şəxslərin də olduğu, lakin onların şəxsiyyəti barədə hələlik rəsmi məlumat verilmədiyi qeyd olunub.









