Səfirliyimiz qarşısındakı təxribata görə Rusiya məsuliyyət daşıyır – Deputat

Səfirliyimiz qarşısındakı təxribata görə Rusiya məsuliyyət daşıyır – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada səfirliyimizin qonaq evi qarşısında törədilən təxribata görə birbaşa Rusiya dövləti məsuliyyət daşıyır.

Tribuna.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa bildirib. O qeyd edib ki, Rusiya tamamilə başını itirib:

“Tam başlarını itirmişlər. Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir. İmkanları olsa bütün dünya xalqlarına savaş elan edərlər.

Ukrayna dövlətinə və xalqına yaşatdıqları zülmün məsuliyyətini hələ də anlamırlar.

Azərbaycanı hədəf olaraq seçmək səbəbsiz sayılmaz. Çünki bölgədə ən müstəqil siyasət yeridən dövlət kimi onları yetərincə narahat edirik. Alışa bilmirlər buna.

Bütün hallarda etirazlarımızı ortaya qoymaqla yanaşı Rusiya ilə ehtiyatlı və təmkinli siyasət aparmağa davam etməliyik”.

Nigar İxtiyarqızı