Səfəvi: “Biz Azərbaycana zərbə endirməmişik”

Səfəvi: “Biz Azərbaycana zərbə endirməmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Azərbaycan və Türkiyəyə qarşı heç bir zərbə endirməyib”.

Tribuna.az xəbər verir ki, bunu İran hərbi  şurasının sədri, Milli təhlükəsizlik və müdafiə şurasının üzvü, ali dini rəhbərin hərbi məsələlər üzrə müşaviri  Yahya Rəhim Səfəvi deyib.

O bildirib ki, müharibə başlayandan bu günə qədər müxtəlif mərkəzlər İranı Azərbaycan və Türkiyə ilə üz-üzə gətirmək üçün əllərini gələn hər şeyi ediblər. “Biz Azərbaycana hər şeyi izah etdik və onlar da bunu anladılar. Azərbaycan İrana humanitar yardım göndərdi və müxtəlif təxliyə tədbirləri üçün humanitar dəhliz yaratdı. Bunun özü olduqca böyük addım və dəstəkdir. İran bunu yüksək dəyərləndirir”.

Səfəvi İran-Ermənistan münasibətlərindən də danışıb. “Ermənistan bizə dost ölkədir. Ermənistanın Avropa ilə münasibətlərini normal qarşılayırıq. Çünki Avropa müharibədə ideal olmasa da qənaətbəxş davrandı. Buna baxmayaraq Ermənistanın ABŞ əsgərini bölgəyə gətirmək istəyi İran üçün suallar doğurur”.

Fərda Uğur