“Şəfa”nın yeni baş məşqçisi bəlli oldu

“Şəfa”nın yeni baş məşqçisi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəfa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

 Tribuna.az -ın paytaxt təmsilçisinə istinadən məlumatına görə, bu posta Zaur Həşimov təyin olunub.

44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Z.Həşimov “Şəfa” klubuna yad sima deyil. O, futbolçu kimi komandanın formasını geyinib və 2000/2001 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

Zaur Həşimov “Qəbələ” və “Zirə” klublarında məşqçi kimi çalışıb. Eyni zamanda Bakı klubunun baş məşqçisi vəzifəsində fəaliyyət göstərib. O, həmçinin Azərbaycanın U-18 milli komandasına rəhbərlik edib.