Saxta kərə yağları bazarda: “Bu yerlərdən yağ almayın” – Ekspert

Saxta kərə yağları bazarda: “Bu yerlərdən yağ almayın” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saxta, tərkibi məlum olmayan yağların satışı arta bilər. Xüsusilə məhəllə dükanlarında, bəzi marketlərdə “kənd yağı”, “nehrə yağı” adı altında saxta yağlar satışa çıxarılacaq.

Bu sözləri Tribuna.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib. O qeyd edib ki, Azərbaycanda kərə yağının idxal rüsumunun 5 faizdən 15 faizə qaldırılması bazarda saxta yağların sayını artıracaq.

 


E.Hüseynov bildirib ki, yaxın günlərdə bazarda saxta yağlar çoxalacaq və istehlakçılar belə yağları təbii olan yağlardan ayırmaqda çətinlik çəkəcək:

“Bilirsiniz ki, Azərbaycanda mal-qara arasında dabaq xəstəliyi yayılmışdı. Bu təbii olaraq süd defisiti yaratdı. 5 ay az müddət deyil. Süd azdırsa, kərə yağının istehsalı da təbii olaraq azalır. Bu şəraitdə yağın qiymətinin artması gözləniləndir. Bu və idxal rüsumunda dəyişiklik istehsalçılara ziyan vurur.
Onsuz da alıcılar haqlı olaraq daim kərə yağının qiymətinin bahalığından şikayətlənirlər. Qiymət artımı və saxta yağ ehtimalı artdıqca bu, alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Paralel olaraq saxta, tərkibi müəmmalı olan yağların satışına stimul yaranacaq, eləcə də məhəllə dükanlarında saxta “nehrə yağı”larının satışı geniş yayılacaq.

İstehlakçılar diqqətli olmalıdır. Etibar etmədiyi, inanmadığı yerlərdən kərə yağı almaq məsləhər deyil. Çünki saxta kərə yağını sizə baha qiymətə sata bilərlər.
Bu da bitki yağlarının satışını artıracaq. Alıcılar saxta və baha kərə yağındansa bitki yağı almağa üstünlük verəcəklər”.

Nigar İxtiyarqızı