Sarkisyan: “Rusiya yox desə, Azərbaycan var”

Sarkisyan: “Rusiya yox desə, Azərbaycan var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nə Gürcüstan, nə də Azərbaycan AİB-in üzvü deyil. Üstəlik, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri belə yoxdur”.

Tribuna.az xəbər verir ki, bunu Ermənistan “Respublika” partiyasının lideri Aram Sarkisyan Rusiya-Ermənistan münasibətlərinin son durumunu şərh edərkən bu fikri bildirib.

Onun sözlərinə görə, Kremlin İrəvanı sıxışdırması mənasızdır. Bunu isə Ermənistanın hazırda alternativlərinin olması ilə əsaslandırıb. “Həm birbaşa, həm də Azərbaycan vasitəsi ilə kölgə əməkdaşlığı, o cümlədən qaz əməkdaşlığı vasitəsilə ticarət-iqtisadi əlaqələr qurmaq imkanlarımız var”.

Fərda Uğur