Ermənistanın Daşnaksütun Partiyasının sədri İşxan Saqatelyan baş nazir Nikol Paşinyanın apardığı siyasətin səhv olduğunu iddia edib.
Tribuna.az xəbər verir ki, o, əsasən Azərbaycan və Türkiyə üzərində köklənib.
Saqatelyan deyib ki, Ermənistanda vəziyyət qarışıqdır və ciddi problemlər var. Lakin o, Nikol Paşinyanın sabitliyi bərpa etmək üçün Azərbaycan və Türkiyə rəhbərlərinə müraciət edəcə biləcəyini də istisna etməyib. “Günün birində Paşinyan Ermənistanda sabitliyi bərpa etmək üçün Əliyev və ya Ərdoğana müraciət etsə, təəccüblənmərəm. Çünki o, hamıdan daha çox bu iki şəxsə güvənir”.
Fərda Uğur









