Saleh Səmədov məhkəmədə ifadə verdi

Saleh Səmədov məhkəmədə ifadə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Tribuna.az xəbər verir ki, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib.

O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses iyulun 1-nə təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.