Şahın oğlu iranlıların başının altına “yastıq” qoyur

Şahın oğlu iranlıların başının altına “yastıq” qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ/İsrail-İran müharibəsinin atəşkəslə nəticələnməsi bu ölkədə rejimi dəyişmək istəyən keçmiş İran şahının oğlu Rza Pəhləvinin əhvalını təlx edib.

Tribuna.az xəbər verir ki, o, atəşkəs elan edildiyi gün ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netenyahunun sosial şəbəkə hesablarını blok edib.

Bunun ardından Pəhləvi “günahkar” axtarışlarına da başlayıb. Belə ki, o, İngiltərəni İrana hücumların dayandırılmasının əsas günahkarlarından biri hesab edib. İngiltərə baş naziri Stiv Kimmerə göndərdiyi məktubunda da yazıb ki, London bu məsələdə israrlı davranmamaqla, İrandakı molla rejiminin əsas dəstəkçilərindən biri kimi çıxış edib.

Lakin Rza Pəhləvi İranda yaşayanların da başının altına “yastıq” qoymaqdan çəkinməyib. O deyib ki, əsas məqsədi İranda rejimi dəyişddirməkdir. “Mənim bütün məqsədim İrandakı rejimi devirməkdir. Bu günkü atəşkəs sizi ruhdan salmasın. Buna görə də sizdən səbirli olmağı, özünüzü qorumağı və qələbəyə inamla və tam hazırlıqla həlledici anı gözləməyi xahiş edirəm”.

Fərda Uğur