Dünyanın aparıcı politoloqlarından olan, ABŞ Hərbi Dəniz Akademiyasının müəllimi Brenda Şafer Qafqazda baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb.
Tribuna.az xəbər verir ki, o, “PolitNavigator” saytına müsahibəsində bəzi məqamlara aydınlıq gətirib.
Şafer bildirib ki, Rusiya ABŞ və Türkiyənin Xəzər dənizi regionuna təsir göstərməsinin qarşısını ala bilər. Onun sözlərinə görə, ruslar Ankaraya qarşı bəzi addımlar atacaq.
Amerikalı politoloq qeyd edib ki, iyun ayında Ermənistanda seçkilər, eləcə də Konstitusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək. “Bu müddət ərzində Ermənistanın Qarabağdan çıxması tanınacaq”.
Lakin Şafer vurğulayır ki, bu məsələlər həll olunana qədər Rusiya bir çox təsir rıçaqlarını saxlayacaq. “Rusiyanın Ermənistanda iki hərbi bazası var. Rusiya Ermənistanın hava məkanına və nüvə elektrik stansiyası da daxil olmaqla bütün strateji infrastrukturuna nəzarət edir”.
O sonda vurğulayıb ki, bunun qarşısını almağın yolu var. “Bunun qarşısını almaq üçün ABŞ Azərbaycandan Ermənistana elektrik enerjisi və neft məhsullarının tədarükünü asanlaşdırmaq niyyətindədir”.
Fərda Uğur









