Sadə gəzinti həyatınızı necə  dəyişə bilər?

Sadə gəzinti həyatınızı necə dəyişə bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq çəkidən xilas olmaq istəyən hər kəs idman zalına getməyə imkan tapa bilmir. Həmçinin sərbəst vaxtın olmaması da işi çətinləşdirir. 

Tribuna.az  xarici mənbəyə istinadla adi gəzintinin ən faydalı məşq olduğunu sübut edən faktları təqdim edir.

Gəzintinin üstünlükləri

Nə qədər çox piyada gəzirsinizsə, ürəklə bağlı problemlər, ikinci tip diabet, demensiya və hətta bəzi xərçəng növləri riskinin azalması bir o qədər artır. Məlumdur ki, hətta 10 dəqiqəlik gəzinti erkən ölüm riskini 15 faiz azaldır.

Gəzintiyə arıqlama prizmasından baxsaq, hesab olunur ki, gündə 10 min addım atmaq lazımdır. Bu, tam doğru deyil! Mütəxəssislər normanı 5–7 min addıma qədər azaltmağı, lakin buna pilləkənlə qalxmanı və nahamar ərazilərdə (məsələn, yoxuşa doğru) gəzintini də daxil etməyi tövsiyə edirlər. Məsələ ondadır ki, yağ hüceyrələrinin yanması nəbz sürətləndikdən sonra başlayır. Nəbzin tezliyi maksimum göstəricinin (220 çıx yaş) 60–70 faizi olmalıdır. Yəni, 30 yaşda bu, dəqiqədə təxminən 115–135 ürək döyüntüsü deməkdir.

Addımlar və kalorilər

Saatda təxminən 5 kilometr sürətlə yeridikdə dəqiqədə 2,5–3 kalori, yəni saatda 150–180 kalori yandırılır. Əgər sürəti saatda 8 kilometrə qədər artırsaq, bu göstərici iki dəfə çox olur! Əlbəttə, hər şey fərdidir, lakin təxmini sərfiyyatı hesablamaq mümkündür.

Özünüzü necə yeriməyə məcbur etməli?

Əgər hər yerə avtomobillə gedirsinizsə, hər şey kifayət qədər çətindir. Amma ictimai nəqliyyata və ya velosipedə keçməyə hazır deyilsinizsə belə, mütəxəssislər bir neçə məsləhət verirlər.

  1. Evinizdən yemək götürməyin.
    Bu sizi ayağa qalxmağa və biznes-lanç üçün getməyə məcbur edəcək (yaxşı olar ki, öz binanızda olmasın!).

  2. Daha çox su için.
    Təxminən saatda bir stəkan su için, onda tualetə getmək üçün də gəzmək istəyəcəksiniz!

  3. Sosial şəbəkələri oxumaq əvəzinə yeriyin.
    Beləliklə, zərərli vərdişlə də mübarizə aparmış olarsınız. Hər dəfə virtual tanışların xəbərlərini oxumaq istəyəndə, yerinizdən qalxın və həvəs keçənə qədər ora-bura yeriyin. Çətin hallarda vaxtı saniyəölçənlə ölçün.

  4. Evdən çıxın.
    Axşamlar divanda uzanmayın, dostlarla görüşün və məhəllədə gəzin. Əsas odur ki, başlayasınız — vərdiş proses zamanı formalaşacaq.

  5. Addımsayan alın.
    Bu çox vacibdir! İrəliləyişi gördükdə daha çox yerimək istəyirsiniz ki, rəqəmlər dayanmadan artsın.

 

İmran Kərimli