Xəbər verdiyimiz kimi, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova ötən gün işdən çıxarılıb.
Tribuna.az-ın “Unikal”a istinadən məlumatına görə, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası tibb müəssisəsinin direktorunun cərrahi xidmətlər üzrə müavini Kamil Hacıyevə həvalə edilib.
Xatırladaq ki, K.Hacıyev 2025-ci ilin iyul ayında Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin işdən çıxarılan sabiq direktoru Nurəngiz Bəşirova dəfələrlə qalmaqallı hadisələrlə bağlı gündəmə gəlib.
Sənan Məmmədli









