Sabahdan temperatur enir, qar yağacaq – Xəbərdarlıq

Sabahdan temperatur enir, qar yağacaq – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, 4-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

Tribuna.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Fevralın 4-ü gün ərzində və 5-i gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimal olunur.

Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Sənan Məmmədli