Sabahdan Amnistiya aktının icrası BAŞLANILIR

Sabahdan Amnistiya aktının icrası BAŞLANILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahahdan Prezidentin təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktının icrasına başlanılır.

 Tribuna.az-ın məlumatına görə, sabah səhər saatlarından cəzaçəkmə müəsisəsində saxlanılan məhkumların bir qismi azad ediləcək.

Ümumilikdə 20 min şəxsə aid ediləcək amnistiya aktının icrası 4 ay ərzində icra edilməlidir.

Ədliyyə Nazirliyindən bildirilib ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.

Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır. Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək.

Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir./Qafqazinfo