Premyer Liqada bu gün ilin son oyunu keçirilib.
Tribuna.az xəbər verir ki, 16-cı turun 4-cü günündə 1 matç nəzərdə tutulub.
Belə ki, “Sumqayıt” evdə “Sabah”ı qəbul edib. Paytaxt təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gələrək xal sayını 37-yə çatdırıb və fasiləyə lider olaraq yollanıb.
Bu komandalar arasında 1-ci dövrənin matçı 1:1 hesabı ilə yekunlaşıb.
Bu turda “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” “Karvan-Yevlax”ı (2:1), “Qarabağ” “Qəbələ”ni (2:1), “Araz-Naxçıvan” “Şamaxı”nı (2:0) məğlub edib. “Zirə” – “İmişli” oyununda isə qol vurulmayıb.
19:30. “Sumqayıt” – “Sabah” 1:3
Qollar: Ronaldo Vaskes, 66 // Velko Simiç, 26; 50. Keffel Resende, 60-öz qapısına.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: İnqilab Məmmədov.
AVAR: Kamran Bayramov.









