“Paşinyan, yəqin ki, Əliyevi ad günü münasibətilə təbrik edib. Amma xalq bundan xəbərsizdir”.
Tribuna.az xəbər verir ki, bu iddia ilə politoloq Benyamin Matevosyan çıxış edib.
O deyib ki, Əbu Dabidə keçirilən görüşdən hər hansı ciddi nəticə gözləmək lazım deyil. Onun iddiasına görə, Paşinyanın Azərbaycanla münaqişənin bitməsi məsələsində dedikləri də reallıqdan uzaqdır. “2018-20-ci illərdə nələrin baş verdiyini gördük. Həmin vaxt Paşinyan deyirdi ki, “indiyə kimi belə dinc dövr olmayıb”. Hətta Azərbaycanla razılaşdıqlarını da iddia edirdi. Sonra isə müharibə oldu”.
Matevosyan iddia edib ki, Əbu Dabidəki görüş də həmin dönəmin təsirlərini bağışlayır. “Bu gün “münaqişə bitdi” deyən tərəflər, sabah müharibə də edə bilərlər. Çünki buna zəmanət yoxdur”.
Fərda Uğur









