“Sabah” “Arsenal” və “Barselona” ilə üz-üzə gələcək

“Sabah” “Arsenal” və “Barselona” ilə üz-üzə gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki 5 rəqibi bəlli olub.

Tribuna.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Barselona”, “Arsenal”, “Borussiya Dortmund” və “Mançester Yunayted” və “Vilyarreal”la üz-üzə gələcək.

Qeyd edək ki, “Sabah”ın “Barselona” ilə oyunu Bakıda keçiriləcək.

“Arsenal”la oyun səfərdə, “Borussiya Dortmund”la Bakıda baş tutacaq.

“Mançester Yunayted”lə görüş İngiltərədə, “Vilyarreal”la matç Bakıda keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.