Sabah Abşeron çimərliklərində dəniz suyu 22-25 dərəcə isti olacaq

Sabah Abşeron çimərliklərində dəniz suyu 22-25 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidməti iyunun 20-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Tribuna.az xəbər verir ki, proqnoza əsasən, çimərliklərdə mülayim şimal-qərb küləyi əsəcək və hava şəraiti dənizkənarı istirahət üçün əlverişli olacaq.

Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 22-23 dərəcə isti olacağı gözlənilir.

Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıx ərazilərində isə dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.