Rütte: NATO ölkələrinin üçdə biri Ukrayna üçün silah alışında iştirak etmir

Rütte: NATO ölkələrinin üçdə biri Ukrayna üçün silah alışında iştirak etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-ya üzv ölkələrin təxminən üçdə biri ABŞ-dan Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL mexanizmi çərçivəsində bu prosesdə iştirak etmək istəmir.

Tribuna.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

“Bəli, siz haqlısınız: yükün bölüşdürülməsi ilə bağlı problemlər var. Elə müttəfiqlər var ki, çox böyük işlər görür, elələri var ki, müəyyən qədər töhfə verir, bir qismi isə ümumiyyətlə heç nə etmir”, — deyə Rütte Kiyevin Ukraynaya 15 milyard avro dəyərində silah tədarükü çağırışlarını təmin etmək üçün NATO-nun hansı addımlar atdığına dair suala cavabında qeyd edib.

İmran Kərimli