İranda yeni hakimiyyətin iddiaçıları elə azərbaycanlılar olmalıdır. İranın yeni hakimiyyət quruculuğunda azərbaycanlılar yenə də zəif hərəkət edərsə, biz yenə də aldana bilərik, torpaqlarımızı itirərik və yenə əvvəlki səhvlər təkrar olunar.
Tribuna.az xəbər verir ki, bu fikirləri Xalq şairi Sabir Rüstəmxanlı Bakupost TV-də müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışında bildirib. O qedy edib ki, Azərbaycan tükrləri İranda yeni hakimiyyətin qurulması ərəfəsində fəal olmalıdırlar:
“İran həmişə bizim rəqiblərimizin yanında olub. Bizim oradakı soydaşlarımızın öz dillərində təhsil almaq, ad qoyma kimi sadə azadlıqları yoxdur. İran bu gün etdiklərinin cəzasını çəkir.
Xamenei müdrik insan olsaydı, öz xalqına sayğı, hörmət göstərmiş olsaydı, vaxtında istefa verib gedərdi. Xalqını, ölkəsini bu həddə çatdırmazdı. İranın inadkarlıqla atomla bağlı problemin üstündə dayanması və dünya ilə razılaşmaması ölkəsinə fəlakət gətirdi.
İndi orada yaşayan azərbaycanlılar ayıq-sayıq olmalıdır. İranın yeni hakimiyyət quruculuğunda azərbaycanlılar yenə də zəif hərəkət edərsə, biz yenə də aldana bilərik, torpaqlarımızı itirərik və yenə əvvəlki səhvlər təkrar olunar. Ona görə də Azərbaycan tükrləri İranda yeni hakimiyyətin qurulması ərəfəsində fəal olmalıdırlar.
Yeni hakimiyyətin iddiaçıları elə azərbaycanlılar olmalıdır”.
Gülşən Rəsul









