Rusların Rumıniyaya girişi qadağan edildi

Rusların Rumıniyaya girişi qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il yanvarın 1-dən etibarən Rusiya vətəndaşlarının Rumıniyaya daxil olmaq üçün 10 illik biometrik pasporta ehtiyacı olacaq.

Tribuna.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Konstansadakı Baş Konsulluğu bəyanat yayıb.

Bəyanata görə, 5 illik pasporta malik Rusiya vətəndaşlarının Rumıniya sərhədini keçməkdən imtina etməsi halları ilə əlaqədar olaraq 1 yanvar 2026-cı il tarixindən etibarən ölkəyə daxil olmaq üçün biometrik (10 illik) pasport tələb olunacaq.

Almaniya həmçinin 1 yanvar 2026-cı il tarixindən etibarən beş illik biometrik olmayan pasportlara malik rusların ölkəyə girişini qadağan edib.

Çexiya, Danimarka, Estoniya, Fransa, İslandiya, Latviya və Litva da köhnə rus pasportlarını tanımır.