Rusiyanın işğalçı ordusu Ukraynaya qarşı təcavüzünə davam edir.
Tribuna.az xəbər verir ki, dünən ruslar cəbhənin iki istiqamətində irəliləmək imkanı qazanıblar.
“DeepState” layihəsinin məllumatına görə, bu irəlilmə prosesi Xarkov və Donetsk bölgələrində qeydə alınıb. Bildirilir ki, işğalçılar Xarkov vilayətindəki Sinelnikovo yaşayış məntəqəsi ərazisində irəliləyiblər. Bu kənd vilayətin Çuhuyev rayonunun Vovçanski şəhər icmasında yerləşir.
Donetskidə isə ruslar Fedorovka kəndi istiqamətində irəliləyiblər.
Fərda Uğur









