Rusiya işğalçı qoşunları Donetsk və Zaporojye bölgələrində bir qədər irəliləməyə müvəffəq olublar.
Tribuna.az xəbər verir ki, bu barədə DeepState layihəsi məlumat yayıb.
Həmin məlumata görə, ruslar Donetsk vilayətindəki Dronivka, Nykanorovka və Pankivka yaşayış məntəqələrinə yaxınlaşıblar. Bundan əlavə, Zaporojye vilayətinin Hulyaipil şəhərində də rus işğalçıları bir qədər irəliləyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ən gərgin vəziyyət Pokrovski istiqamətindədir. Belə ki, işğalçılar son bir gün ərzində Ukrayna bölmələrinin mövqelərinə 46 dəfə hücum ediblər.
Fərda Uğur









