Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı sammiti Rusiyaya qarşı bütün sanksiyaları altı ay – 31 iyul 2026-cı ilə qədər uzatmaqla bağlı qərar qəbul edib.

Tribuna.az xəbər verir ki, məlumatı Avropa Şurasının prezidenti Antonio Costa Aİ sammitinin ilk günündən sonra keçirilən mətbuat konfransında açıqlayıb: “Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarına gəldik”.

Qeyd edək ki, Rusiyaya qarşı əvvəllər qəbul edilmiş 19 sanksiya paketinin hamısı hər altı aydan bir eyni vaxtda – hər il 31 yanvar və 31 iyula qədər uzadılır.