“Rusiya ilə Qərb arasında Cənubi Qafqaz mübarizəsi sərt mərhələyə keçir. Avropa İttifaqı Ermənistanda təsirini gücləndirir və seçkidən sonra daha da artıracaq. Əgər Paşinyan qələbə qazansa, Ermənistan Avropa ilə yaxınlaşma kursunu sürətləndirəcək”.
Bu sözləri Tribuna.az-a professor Qabil Hüseynli deyib. Onun fikrincə, Aİ Ermənistan hakimiyyətini himayə edir və əsas hədəf Rusiyanın regionda ən böyük təsiri olan yeri onun əlindən almaqdır: “Bunun yolu Qərbpərəst hakimiyyəti müdafiə etməkdir. Gürcüstanda buraxılan səhvi Ermənistanda təkrarlamaq istəmirlər. Ona görə də Moskva Paşinyanı hədələyir ki, ikinci Zelenski ola bilər. Bu, açıq şəkildə Ermənistanı hərbi müdaxilə ilə təhdid etməkdir. Zənnimcə, seçkilərdən sonra qarışıqlıq olacaq. Amma yekunda Paşinyan etirazları yatıracaq”.
Həsən Ağa









