Rusiyanın PUA anbarı məhv edildi – Ukrayna ordusunun gecə əməliyyatı – VİDEO

Rusiyanın PUA anbarı məhv edildi – Ukrayna ordusunun gecə əməliyyatı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Pilotsuz Uçuş Sistemləri (PUS) qüvvələri dekabrın 30 da gecə saatlarında Donetsk hava limanına zərbə endirib.

Tribuna.az Ukrayna Teleqram kanallarına istinadən xəbər verir ki, əməliyyat zamanı Rusiya işğalı altında olan ərazidə “Şahid”, “Geran” və “Gerbera” tipli döyüş pilotsuz uçuş aparatlarının (PUA) hazırlanma və saxlanma məntəqələri hədəf alınıb. Bu barədə PUS komandanlığı məlumat verib.

Əməliyyat Ukrayna ordusunun 414 cü əlahiddə briqadanın “Ptaxi Madyar” kəşfiyyat bölməsi ilə yeni yaradılmış Dərin Zərbə Mərkəzi tərəfindən planlaşdırılıb.

Hədəflər arasında PUA-ların saxlanma anbarları, texniki hazırlıq sahələri və döyüş sursatlarının yığıldığı məntəqələr olub. Bu hücum Ukrayna ordusunun işğal olunmuş ərazilərdə PUA hücumlarının mənbələrini məhv etməyə yönəlmiş əməliyyatlarının davamı kimi qiymətləndirilir.