Rusiyanın itkiləri açıqlandı-SİYAHI

Rusiyanın itkiləri açıqlandı-SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya qarşı müharibədə Rusiya qoşunlarının 24 fevral 2022-ci ildən 18 dekabr 2025-ci ilə qədər ümumi döyüş itkiləri təxminən 1.193.300 nəfər təşkil edib. Tribuna.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bəyan edib ki, Rusiya 950 əsgərini son 24 saat ərzində itirib.

Bundan başqa, Rusiyanın digər itkiləri ilə bağlı da maraqlı məlumat paylaşılıb. Qeyd edilib ki, Rusiya ordusu həmçinin 11.432 (+5) tank, 23.758 zirehli döyüş maşını, 35.232 (+27) artilleriya sistemi, 1.573 (+2) MLRS, 1.263 (+1) hava hücumundan müdafiə sistemi, 432 təyyarə, 347 helikopter, 91.716 (+330) əməliyyat-taktiki PUA, 4.073 qanadlı raket, 28 gəmi/qayıq, 2 sualtı qayıq, 70.480 (+119) avtomobil avadanlığı və tanker yük maşını, eləcə də 4.027 ədəd xüsusi texnika itirib.

Fərda Uğur