Tribuna.az xəbər verir ki, Ukrayna ordusu Rusiyanın neft emalı sənayesinə növbəti hücum əməliyyatı həyata keçirib.
Məlumata görə, hücumun hədəfləri Rusiyanın Samara vilayətindəki “Novokuibışevsk” və “Sızran” neft emalı zavodları, Leninqrad vilayətində “Lukoil-2” neft yükləmə terminalı və Krasnodar diyarında “Tixoretsk” neft nasos stansiyası olub.









