Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev RİA Novosti agentliyinə bildirib ki, İrəvandan KTMT-yə qoşulmaq məsələsi ilə bağlı qərar gözləyir.
Tribuna.az bildirir ki, erməni mediası xəbər yayıb.
Rusiyanın Ermənistan tərəfindən hansı addımları gözlədiyinə dair suala cavab olaraq o qeyd edib: “Onlar qərar verməlidirlər: təşkilatda qalacaqlar, yoxsa fərqli bir ssenariyə üstünlük verirlər?”
“Onlar bu barədə bizə məlumat verməlidirlər”, – Vasilyev deyib.
Rusiyanın KTMT-dəki daimi nümayəndəsi bir müddət əvvəl Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gələcək üzvlüyü məsələsinin təşkilat rəhbərliyi tərəfindən ətraflı müzakirə ediləcəyini bildirmişdi.
Həsən Ağa









