Rusiyada Putinin reytinqi kəskin azaldı

Rusiyada Putinin reytinqi kəskin azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinə etimad səviyyəsi bir həftə ərzində 3,4% bənd, onun fəaliyyətinin bəyənilmə səviyyəsi isə 3,5% bənd azalıb.

 Tribuna.az axar.az-a istinadən bildirir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (VTSİOM) sorğusunda deyilir.

Sorğuda iştirak edənlərin 73,3%-i Putinə etibar etdiyini, 22,1%-i isə əksini bildirib. Bir həftə əvvəl bu göstəricilər müvafiq olaraq 76,7% və 18,8% təşkil edirdi.

Qeyd olunub ki, Ukraynada müharibə başlayandan bəri Putinin etimad reytinqi ilk dəfə bu qədər aşağı səviyyəyə enib. Eyni zamanda, onun fəaliyyətinin bəyənilmə göstəricisi 2024-cü ildən bəri ən aşağı səviyyədədir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)