“Rusiya üzərinə düşəni yerinə yetirməlidir” – Deputatdan Putinin zənginə REAKSİYA

“Rusiya üzərinə düşəni yerinə yetirməlidir” – Deputatdan Putinin zənginə REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevə zəng etməsi o zaman baş verdi ki, İranla Azərbaycan arasında münasibətlər gərginləşmişdi. Bu gərginlikdən sonra İranın prezidenti də İlham Əliyevə zəng etmişdi.

Bu sözləri Tribuna.az-a millət vəkili Elşad Musayev Rusiya Prezidentinin İlham Əliyevə zəngi ilə bağlı danışarkən deyib. Deputat bildirib ki, Azərbaycanın son dövrlərdə atdığı sərt addımlar hər iki ölkə prezidentinin İlham Əliyevə zəng etməsi ilə nəticələndi:
“İranla bizim münasibətlər kəskinləşəndə, Azərbaycan İranla bütün sərhəd qapılarını bağladı, yük daşınmalarına belə qadağa qoydu. İranla Rusiya arasında yük daşmaları bəllidir ki, Azərbaycandan keçir. Bu qadağa hər iki ölkə – həm İran, həm Rusiya üçün həyat qapısıdır.
Məhz Azərbaycanın bu addımı hər iki ölkənin İlham Əliyevə zəng etməsinə səbəb oldu. İran prezidenti də bununla əlaqədar İlham Əliyevlə danışdı, üzrxahlıq etdi. Vladimir Putinlə də İlham Əliyev arasında müəyyən danışıqlar oldu. İki ölkə prezidenti arasında təbii ki, bölgədə baş verənlərin müzakirəsi də olub. Bu danışıqları Azərbaycan-Rusiya münasibətlərinin normallaşması istiqamətində atılan addım kimi də qiymətləndirmək olar”.

Deputat əlavə edib ki, Azərbaycan qonşu dövlətlərlə münasibətlərinin pis olmasında heç vaxt maraqlı olmayınb:
“Bizim təyyarəmizin vurulması ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik yoxdur və yenə də hesab edirik ki, Rusiya üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Necə ki, biz beynəlxalq hüquqa uyğun Rusiyanın helikopterini vuranda addım atmışdıq. Bu məsələdə bizim geri çəkilmək fikrimiz yoxdur. Rusiyadan da adekvat reaksiya, beynəlxalq hüququn prinsiplərinə uyğun addım atmağı gözləyirik. Biz qonşu dövlətlərlə münasibətlərimizin pis olmasında maraqlı deyilik, heç vat da olmamışıq. Ona görə də üzərimizə düşən öhdəlikləri yerinə yetirir, qonşuluk prinsiplərinə uyğun addımlar atırıq. Qonşularımızdan da bu addımların atılmasını tələb edirik”.

Nigar İxtiyarqızı