Rusiya Ukraynanı vurur, Tramp isə bundan məmnun olduğunu deyir

Rusiya Ukraynanı vurur, Tramp isə bundan məmnun olduğunu deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, artıq üç gündür Rusiya Ukraynanın bütün əyalətlərinə raket zərbələri endirir.

Tribuna.az xəbər verir ki, Moskva əsasən yaşayış binaları və elektrik enerjisi mərkəzlərini hədəfə alıb.

Kiyev rəsmilərinin açıqlamasına görə, son hücumlardan sonra paytaxtla yanaşı, Odessa, Xarkov, Lvov, Krivoy Roq və daha bir neçə şəhərin elektrik enerjisində ciddi fasilə yaranıb. Bundan başqa, mülki binaların vurulması səbəbindən ölənlərin sayının 10 nəfərə çatdığı qeyd edilir.

Bu hücumlarla bağlı ABŞ prezidenti Donald Tramp isə çox qəribə açıqlama verib. O iddia edib ki, Putin sözünə əməl edib. “Atəşkəs bazar günündən bazar gününə qədər davam edirdi. Artıq bitib. Və Putin sözünə əməl etdi. Bir həftə çoxdur, biz hər şeydən məmnunuq”.

Xatırladaq ki, Tramp Rusiya prezidenti Vladimir Putindən qış ayları ilə əlaqədar bir həftə Ukraynanın enerji sektoruna hücum etməməyi xahiş etmişdi. Həmin vaxt Kremldən onun xahişinin nəzərə alınacağı bildirilimişdi. Lakin Moskva sözünə əməl etməyərək, iki gündür Ukraynanı ağır şəkildə raket atəşinə tutmağa başlayıb. Və Trampın məsələyə bu qədər “məmnun” şəkildə yanaşması isə əksər dövlətlərdə, o cümlədən Ukraynada təəccüblə qarşılanıb.

Fərda Uğur