Hələ Çar Rusiya dövründən ermənilərdən maşa kimi istifadə edən Rusiya, Qarabağ əlindən çıxdıqdan sonra da dayanmır.
Tribuna.az xəbər verir ki, Moskva Ermənistana yerləşmiş və orada yaşayan erməniləri əlində saxlamaq üçün davamlı olaraq onlara “humanitar yardım” göndərmədə davam edir.
Belə ki, dünən Avrasiya Beynəlxalq Təşkilatı tərəfindən Rusiya Humanitar Missiyası ilə birgə və Rossotrudniçestvonun dəstəyi ilə “Rusiya sizinlədir” adlı Qarabağdan köçmüş ermənilərə növbəti humanitar yardım göndərilib.
Bildirək ki, Rusiyanın bu addımı məqsədlidir. Hədəf Qarabağdan köçmüş ermənilərin könlünü almaq və onları ovuclarında saxlamaqdır. Bunun da bir neçə səbəbi var.
Birincisi, Rusiya onları əlində saxlamaqla, Ermənistanda hakimiyyəti dəyişmək üçün maşa kimi istifadə etməyi planlaşdırır. Çünki Koçaryan hakimiyyətə gələn zaman da analoji imkandan istifadə etmişdilər. İndi də dişlərində şirə qalıb.
İkinci məqsəd isə Azərbaycana qarşı onlardan istifadə etməkdir. Gələcəkdə Rusiya ənənəsinə sadiq olaraq, bu kontingenti Bakıya qarşı qaldırmağa çalışacaq. Məqsəd təzyiq göstərmək, onları yenidən geri qaytararaq, separatçılıq üçün zəmin yaratmaqdır.
Fərda Uğur









