Rusiya Odessanı niyə hədəfə alıb? – ŞƏRH

Rusiya Odessanı niyə hədəfə alıb? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar Rusiya Ukraynanın Odessa bölgəsini daha çox hədəfə alıb.

Tribuna.az xəbər verir ki, Kreml bu bölgədəki maraqlarından dolayı onu ələ keçirmək üçün çalışır.
Hərbi ekspert Oleksandr Kovalenko bildirir ki, Rusiya Odessanı ələ keçirmək üçün çalışır. Məqsəd isə Ukraynanın dənizə çıxışını tam bağlamaqdır. “Putinin Odessaya ehtiyacı var. Onu hərbi yolla ələ keçirmək mümkün deyil, ona görə də Kreml terrora əl atıb”.
O qeyd edib ki, analoji hallar 2022-2023-cü illərdə – “taxıl” terroru və bölgənin intensiv atəşə tutulması zamanı da baş vermişdi. “İndi baş verənlərdə təəccüblü bir şey yoxdur. Bu, xüsusən də Rusiyanın Ukraynanın bütün bölgələrində eyni vaxtda bu səviyyədə terror üçün kifayət qədər resursa malik olmadığını göstərir. Düşmən tək bir bölgəyə, bu halda Odessa bölgəsinə diqqət yetirir və sistemli şəkildə onun üzərində işləyir”.
Kovalenko onu da deyib ki, Odesa böllgəsi rus dronları və raketlərini vurmaq üçün zəif təşkil edilib. Onun sözlərinə görə, ruslar da bunu bildiklərindən davamlı hücumlar edirlər.

Fərda Uğur