Rusiya müdafiə naziri: NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır

Rusiya müdafiə naziri: NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, NATO 2030-cu illərin əvvəlində Rusiya ilə mümkün toqquşmaya hazırlaşır. Onun sözlərinə görə, alyans ölkələrinin və Avropanın yürütdüyü siyasət 2026-cı ildə Ukraynada döyüş əməliyyatlarının davam etməsi üçün zəmin yaradır.

Tribuna.az xəbər verir ki, Belousovun sözlərinə görə, Şimali Atlantika Alyansı koalisiya qüvvələrini artırmaqda davam edir.
“Orta mənzilli raketlərin yerləşdirilməsinə fəal hazırlıq aparılır. Nüvə döyüş başlıqlarının nomenklaturası yenilənib. Hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri modernləşdirilir. Səfərbərlik yerləşdirilməsi sistemi dəyişdirilir. Alyans qoşunlarının şərq cinahına operativ şəkildə köçürülməsi sürətləndirilir. Bu məqsədlə sözdə ‘hərbi Şengen’ mexanizminin tətbiqi planlaşdırılır”, – deyə Belousov çərşənbə günü Rusiya Müdafiə Nazirliyinin kollegiyasının geniş tərkibdə iclasında bildirib.

Nazirin sözlərinə görə, hərbi-siyasi vəziyyətin təhlili göstərir ki, son üç il ərzində hərbi təhlükəsizliklə bağlı təhdidlər əhəmiyyətli dərəcədə dəyişib.

İmran Kərimli