“Rusiya İstanbul razılaşması əsasında Ukrayna ilə danışıqlara hazırdır”.
Tribuna.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin danışıb.
“Rusiya, dəfələrlə bildirildiyi kimi, Ukrayna ilə sülh danışıqlarına hazırdır, 2022-ci ilin yazında İstanbulda əldə edilən razılaşmalar əsasında danışıqlara hazırdır. Xatırladım ki, bu razılaşmalar o vaxt Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmışdı, yəni hər şey onlara uyğun gəlirdi”, -Putin bildirib.
Xatırladaq ki, İstanbuldakı danışıqlar 2022-ci ildə müharibənin ilk aylarında baş tutub. Nəticədə Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsini və təhlükəsizlik zəmanətləri müqabilində ordusunun sayının məhdudlaşdırılmasını nəzərdə tutan sülh müqaviləsi layihəsi hazırlanıb. Krım faktiki olaraq Rusiyaya məxsus olaraq qalıb və sənəddə nəzərdə tutulduğu kimi, Donbasın işğal olunmuş hissələrinin taleyi Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqlarda sonradan həll olunmalı idi. 2022-ci ildə İstanbul danışıqları Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etdiyini elan etməsindən və onları Konstitusiyasına daxil etməsindən əvvəl baş tutub. Buna baxmayaraq, Rusiya rəsmiləri Moskvanın İstanbul müqavilələri əsasında dialoq aparmağa hazır olduğunu bildiriblər.
Son bir ildir ki, Moskva Putinin ABŞ Prezidenti Donald Trampla Alyaskada görüşünü nəzərdə tutaraq Kiyevdən danışıqların “Ankoricdə” keçirilməsini tələb edir. Moskva bu görüşü ABŞ-nin Rusiyanın bütün işğal olunmuş bölgələrin, hətta Rusiya ordusunun nəzarətində olmayan hissələrin belə bütün ərazisini almasına faktiki razılığı kimi şərh edib.









