Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın əsas adamlarından biri olan siyasətçi Tiqran Arzakantsyan onun hakimiyyəti dövründə Azərbaycanla aparılan danışıqlar barəsində maraqlı açıqlamalat verib.
Tribuna.az xəbər verir ki, o, Bakı və İrəvanın bir zamanlar sülh müqaviləsi bağlamağa yaxın olduğunu qeyd edib.
Arzakantsyan deyib ki, Serj Sarkisyanın 5-7 rayonu Azərbaycana qaytarmasına və Prezident İlham Əliyevlə sülh müqaviləsi imzalamağa hazır olub. “Hətta bununla bağlı sazişin imzalanması üçün bütün hazırlıqlar da tamamlanmışdı. Lakin Rusiya həmin sazişin imzalanmasına imkan vermədi”.
Fərda Uğur









