Rusiyadan Ermənistana taxıl daşıyan növbəti qatar Azərbaycana çatıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, qatar Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından yola çıxıb.
Taxıl daşıyan səkkiz vaqon artıq Azərbaycandan Ermənistana göndərilib və ilin sonuna qədər əlavə 30 vaqonun daşınması da planlaşdırılır ki, bu da idxal olunan taxılın ümumi həcmini 2 min tona çatdıracaq.









