Rus ordusu Odessada yaşayış binalarını PUA ilə vurdu

Rus ordusu Odessada yaşayış binalarını PUA ilə vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gecə Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti hücumunu edib. Tribuna.az xəbər verir ki, bu dəfə işğalçıların hədəfi dinc sakinlərin yaşadığı yaşayış binaları olub.

Rəsmi məlumata görə, rus PUA-ları şəhərin bir neçə rayonundakı yaşayış binalarına zərbə endirib. Hadisə nəticəsində şəhərin böyük bir rayonu işıqsız qalıb. Bundan başqa, hücum zamanı iki nəfər yaşlı ukraynalı ağır yaralanıb.

Xatırladaq ki, Rusiya Odessanı davamlı olaraq raket və PUA-larla vurur. Kremlin məqsədi Odessanı ələ keçirərək, Ukraynanın dənizə çıxışını bağlamaqdır.

Fərda Uğur