Məlum olduğu kimi, bu gün ABŞ-ın dövlət katibi Marko Rubio Ermənistana səfər edib.
Tribuna.az xəbər verir ki, məsələ İrəvanda bir sıra müzakirələrə yol açıb.
Politoloq Suren Sarkisyan məsələni şərh edərək bildirib ki, bu, qısa, bir gecəlik olmayan “tranzit” səfəri kimi görünür. “Dövlət katibi Hindistandan qayıdır və Donald Ramsfeldin 1999-cu ildəki səfərinin nümunəsini izləyərək, Yerevanda bir neçə saat keçirəcək. Həmin vaxt müdafiə naziri Donald Ramsfeld prezident sarayında müdafiə naziri Serj Sarkisyan və o vaxtkı prezident Robert Köçəryanla görüşdü və hər iki danışıqlardan məmnun qaldı”.
O hesab edir ki, Rubio hava limanında erməni həmkarı ilə 30 dəqiqə görüşəcək, sonra anlaşma memorandumu imzalayacaq . “Bəlkə də hökumətdə baş nazirlə görüşəcək. Əgər belə bir görüş baş tutmasa, bu, şübhəsiz ki, əhəmiyyətli bir hal olacaq”.
Sarkisyanın yanaşması belədir ki, Cənubi Qafqazdakı Amerika gündəliyinin iki əsas prioriteti var. “TRIPP layihəsinin həyata keçirilməsi və İran ətrafındakı halqanın sıxlaşdırılması. Yeri gəlmişkən, TRIPP həmçinin İrana qarşı siyasət kontekstində də nəzərdən keçirilir”.
Politoloqun fikrincə, Rubionun Bakıya səfər etməməsi bu baxımdan təsadüfi deyil. “TRIPP Ermənistan ərazisindən keçir və əsasən Ermənistan-Amerika layihəsidir. Azərbaycanın mövqeyi amerikalılara həm TRIPP, həm də İranla bağlı məlumdur. Ona görə də əlavə aydınlaşdırmalara ehtiyac yoxdur. Buna görə də, düşünürəm ki, danışıqların əsas diqqəti İran ətrafındakı inkişaflara və TRIPP-in gələcəyinə yönəldilə bilər”.
Sarkisyan sonda bildirib ki, İrəvan İran əleyhinə avanturaya gedə bilər. “Ümid edirəm ki, Ermənistan hakimiyyəti heç bir İran əleyhinə avantüraya qarışmayacaq. Çünki hətta Tramp administrasiyası da müdaxilə etdikdən sonra vəziyyətə uyğun “çıxış strategiyası” tapa bilmir”.
Fərda Uğur









