“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 10-cu tur oyununa çıxıb.
Tribuna.az xəbər verir ki, komanda “Əl-Ahdud”la qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə “Əl-Nəsr” turnir cədvəlində liderliyi möhkəmləndirib.
“Əl-Nəsr” cari mövsüm çempionatda keçirdiyi 10 oyunun hamısında qalib gəlib.
“Əl-Əhdud”la matçın əsas qəhrəmanı “Əl-Nəsr”in 40 yaşlı kapitanı Kriştiano Ronaldo olub. Portuqaliyalı futbolçu oyunda dubl edib. Digər qolu isə Joau Feliks vurub









