Rodri “Real Madrid”lə razılaşdı

Rodri “Real Madrid”lə razılaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin və İspaniya milli komandasının yarımmüdafiəçisi Rodri Hernandes klub gələcəyi ilə bağlı qərarını verib və “Real Madrid” ilə razılıq əldə edib.

Tribuna.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, futbolçu və Madrid klubu artıq uzunmüddətli əməkdaşlıq müqaviləsinin bağlanması barədə anlaşıblar. Sazişin 2030-cu ilin yayına qədər nəzərdə tutulacağı gözlənilir:

“İngiltərə nəhəngi öz növbəsində aparıcı yarımmüdafiəçisini komandada saxlamaq istəyib və ona yeni müqavilə təklif edib, lakin Rodri bu təklifə rədd cavabı verib. İndi “Kral klubu” ispan ulduzun transferini bir an əvvəl reallaşdırmaq üçün “şəhərlilər”lə rəsmi danışıqlara başlamağa hazırlaşır”.

Xatırladaq ki, Rodri Hernandes İspaniya yığmasının heyətində 2026-cı il dünya çempionatının qalibi olub. Mundialın yekunlarına əsasən, o, turnirin ən yaxşı futbolçusu seçilib.