İran-ABŞ danışıqlarının yeni raundunun aprelin 21-də keçiriləcəyi artıq dəqiqləşmək üzrədir.
Tribuna.az xəbər verir ki, ABŞ tərəfi bunu təsdiqləsə də, İran hələ ki, susur.
Bu əsnada, “Bloomberg” Agentliyi ABŞ və İran atəşkəsin iki həftə uzadılmasını müzakirə etdiyinə dair xəbər yayıb. Lakin İran XİN-i bunu təkzib edib.
Qeyd edək ki, İranda ABŞ-la atəşkəs məsələsində fikir ayrılıqları var. Hökumət müharibənin bitməsini və ümumi də olsa razılaşmanın əldə olunmasını istəyir. Bunu isə iqtisadi vəziyyətin pis olması ilə əsaslandırır. Lakin rejim mənsubları hesab edirlər ki, ABŞ tam geri çəkilənə qədər savaşmaq lazımdır.
Ötən gün İranın dini liderinin müşaviri Möhsün Rezayi bu barədə danışıb. O deyib ki, atəşkəs heç bir hərbi yerləşdirməni nəzərdə tutmasa da, ABŞ hazırda bölgəyə qüvvələr yerləşdirir. “Amerikalılar uzunmüddətli müharibədən qorxurlar, amma biz qorxmuruq. Biz müharibəni davam etdirməyə qadirik”.
Fərda Uğur









