Rəvan Əlizadəyə yüksək vəzifə verildi

Rəvan Əlizadəyə yüksək vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı Rayon İcra Hakimiyyətinə yeni kadr təyin olunub.

Tribuna.az Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov əmr imzalayıb.
İcra başçısının əmri ilə Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri – şəhərin baş memarı vəzifəsinə təyin olunub.
R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.