Rəsmi Kiyev: ABŞ nümayəndə heyətinin Ukraynaya səfərini gözləyirik

Rəsmi Kiyev: ABŞ nümayəndə heyətinin Ukraynaya səfərini gözləyirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üzrə sülh danışıqlarını bərpa etmək məqsədilə Ukraynaya səfər edəcək.

Tribuna.az  “RBK-Ukrayna”-ya istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andriy Sibiha bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ tərəfdaşlarının iştirakı ilə aparılan sülh danışıqları müvəqqəti dayanıb.

“ABŞ-ın danışıqlar üzrə nümayəndə heyətinin Ukraynaya səfərini gözləyirik. Amerika tərəfinin səylərini alqışlayırıq və ABŞ-ın bu prosesdə daha fəal iştirakını və dinamikanın artmasını istəyirik”, – nazir vurğulayıb.