Rəşad Nəbiyevin nazirliyi müşavirəni niyə gec təqdim etdi?

Rəşad Nəbiyevin nazirliyi müşavirəni niyə gec təqdim etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.

Tribuna.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə öz rəsmi saytında müşavirə haqda məlumatı bir gün sonra yerləşdirib. Belə ki, rəqəmsal “operativlik” nəticəsində bu gün səhər saatlarında nazirliyin saytında iclas barəsində xəbərə rast gəlmək olar.
Bu “sürətli” və “mobil” fəaliyyət isə sözügedən nazirliyin adına adekvat deyil. Çünki texnologiya dövründə ilk elə adıçəkilən nazirlik müşavirədən məlumatı saytına yerləşdirməli idi.
Üstəlik, iclasda dövlət başçısı süni intellektdən istifadənin zəruriliyini qeyd edib, tapşırıqlar verib, bu haqda ötən gün bütün KİV-lər məlumat yayıb, nazirlik isə bu gün “qış yuxusu”ndan oyanıb.
Qeyd edək ki, prezident müşavirədə xüsusi olaraq vurğulayıb: “Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır. Bu, bir”.
Bundan başqa, dövlət başçısı bildirib: “Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, – belə adlandırılır, – kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər”.

Həsən Ağa