Son dövrlər regionda baş verən hadisələr Azərbaycanın regionda tranzit, humanitar və diplomatik rolunu artırıb. Azərbaycan bu vəzifəyə çox böyük məsuliyyətlə yanaşır.
Bu sözləri Tribuna.az-a millət vəkili Aydın Mirzəzadə Azərbaycanın regiondakı rrolundan danışarkən deyib. Millət vəkili əlavə edib ki, Azərbaycan bu gün özünün coğrafi imkanlarından uğurla istifadə edir, tranzit humanitar körpü rolunu çox uğurla oynayır:
“Azərbaycanın xarici siyasətində əsas məqsədi regionda sülhün, əminamanlığın olması, beynəlxalq hüququn işləməsi, qonşu dövlətlərlə mühriban münasibətlərdir. Azərbaycanın apardığı siyasət bu gün regionda sülhün təmin olunmasında çox böyük rol oynayır.
Həqiqətən də Azərbaycan bu gün beynəlxalq siyasətinin müzakirə edildiyi və nümunə olan bir ölkədir.
Azərbaycandan keçən yüklər Ermənistana, İrana, Türkiyəyə təhlükəsiz çatdırılır və bunun üçün müvafiq şərait var. Vaxtilə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, bu gün isə cənab prezident tərəfindən uğurla davam etdirilən müasir kommunikasiya şəbəkəsi istənilən yükü problemsiz digər ölkələrə çatdırmağa imkan verir.
Son dövrlər regionda baş verən hadisələr Azərbaycanın bu sahədə rolunu artırıb. Hazırda Azərbaycan bu vəzifəyə çox böyük məsuliyyətlə yanaşır”.
Nigar İxtiyarqızı









