Qazax rayon İcra Hakimiyyəti növbəti tenderinə yekun vurub.
Tribuna.az xəbər verir ki, onun nəticələrini isə dünən açıqlayıb.
Məlum olub ki, İcra Hakimiyyəti Qazax şəhəri Heydər Əliyev parkında, Əliağa Şıxlinski küçəsində və N.Nərimanov yaşayış massivində abadlıq işləri həyata keçirəcək. Bu məqsədlə “AZƏRTRANSS” MMC ilə satınalma müqaviləsi bağlayıb. Müqavilənin dəyəri isə 848 min 380 manat təşkl edir.
Qeyd edək ki, bu, son iki gündə Qazax İcra Hakimiyyətinin keçirdiyi ikinci tenderdir. Maraqlıdır ki, hər iki tender eyni şirkətə verilib.
Görəsən, Qazaxın icra başçısı Rəcəb Babaşovun “AZƏRTRANSS” MMC-yə “sevgisi” nəylə bağlıdır?
Fərda Uğur









