Qusarda mikroavtobus aşdı – 2 nəfər xəsarət aldı

Qusarda mikroavtobus aşdı – 2 nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.

Tribuna.az APA-ya istinadla xəbər verir ki xəbər verir ki, hazırda rayon ərazisinə qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb. Qusar şəhərinin girişində, enişli-yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb.
Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı “Lada” markalı minik avtomobilinə də zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.