Qubanın 3 kəndinin adı dəyişdirildi

Qubanın 3 kəndinin adı dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunun bəzi ərazi vahidlərinin adları dəyişdirilib.

Tribuna.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq Qanun imzalayıb.

Qanuna əsasən, Quba rayonunun aşağıdakı ərazi vahidlərinin adları dəyişdirilib:

– Vladimirovka kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılıb və Vladimirovka kənd inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab edilib.

– Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilib.